Əziz Orucova əlavə ittiham verildi

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucova əlavə ittiham elan olunub.

Globalinfo.az bidlirir ki, bu barədə APA-ya Əziz Orucovun vəkili Bəhruz Bayramov xəbər verib.

Vəkilin sözlərinə görə, Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Xatırladaq ki, Əziz Orucov noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işinin açıldığı, onun şübhəli şəxs qismində saxlandığı bildirilib.