Əziz Orucovla bağlı qərar verildi – YENİLƏNİB

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***15:18

Bu gün 16:00-da Səbail Rayon Məhkəməsində Əziz Orucovla bağlı istintaq orqanının vəsatətinə baxılacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat yayıb.

Qeyd edək ki, Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov ötən gün saxlanılıb.