“2026-cı ilin birinci rübündə Azərbaycan ilə Gürcüstan arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 15.94 mln. dollar təşkil edib”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
“Bu dövrdə Gürcüstandan Azərbaycana köçürülən pul baratlarının həcmi illik müqayisədə 53.2% artaraq 10.32 mln. dollara çatıb”, – deyə o bildirib.
İqtisadçı qeyd edib ki, tarixən həmişə Azərbaycandan Gürcüstana köçürmələr daha çox olub:
“Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı, Bakıdakı qohumları onların ayaqda qalmasına yardım edirdi – indi tərsinə olub. Gürcüstandan bura, ölkəmizə fiziki şəxslərin pul köçürməsi artıb.
Çox güman, bu artımın səbəblərdən biri də, Azərbaycandan qonşu-dost ölkəyə işləməyə gedən, orda pul qazanıb ailələrinə göndərinlərin əməyidir”.
Əliyar Xəlil
Globalinfo.az