qiz qacirma

Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də 26 yaşlı qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.

Araşdırma aparılır.

Paylaş: