Xoşqədəm və Doğuş evlərindən canlı yayıma çıxacaqlar – VİDEO

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş ARB TV-də yeni veriliş aparacaqlar.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, “Günaydın, Azərbaycan” adlı proqramın ilk buraxılışı oktyabrın 29-da efirə gedəcək.

Veriliş cütlüyün evindən canlı yayımlanacaq.

Qeyd edək ki, “Günaydın, Azərbaycan” Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyevanın ATV-dəki “Zaurla Günaydın” verilişi ilə eyni saatda yayımlanacaq.

Eyni zamanda X. Hidayətqızının “Səni axtarıram” verilişi həftəiçi yayımını davam etdirəcək.