“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.
Globalinfo.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı Feysbukda məlumat yayıb.
M.Zeynallının sözlərinə görə, həyat yoldaşı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərilib:
“Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.
Məlumata görə, onun bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib və xərçəng qara ciyərinə yayılıb.
“Bu günlərdə “ximiya”ya başlayacaqlar”, – Məlahət Zeynallı qeyd edib.
APA məsələ ilə bağlı Penitensiar Xidmətə sorğu göndərib.