Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan 2001-ci il təvəllüdlü Orxan Bədəlov həbs edilib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Səbail rayon Məhkəməsinin hökmü ilə istintaq müddətində ev dustaqlığında olan 22 yaşlı Orxan barəsindəki qətimkan tədbiri dəyişdirilib. Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirləndirilən Orxan məhkəmə zalındaca həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, O.Bədəlov bir neçə ay əvvəl Nərimanov rayonunda yaşadığı evdən qaçan 15 yaşlı qızla cinsi əlaqədə olub.
Məhkəmədə ifadə verən yeniyetmə qız evə qaytarıldıqdan sonra hadisə barədə anasına məlumat verib. O, Orxandan şikayətçi olduğunu da əlavə edib:
“15 aprel 2022-ci il tarixdə saat 07 radələrində evdən dərsə getmək adı ilə çıxdım. Lakin dərsə getmədim və tanışım Natiqəgilə getdim. Saat 18 radələrində Natiqəgildən çıxıb Nərimanova getdim. Orada Elvinlə görüşdüm, ona dedim ki evə getmək istəmirəm. Elvin mənə Nərimanovda qohumu olduğunu və onun evində qalmağı təklif etdi və razılaşdı. Elvinlə birlikdə Elvinin qohumu Arzunun evinə getdik. Arzunun evində 2 gecə qaldıqdan sonra 17 aprel 2022-ci il tarixdə Elvinlə Nərimanovda görüşdüm. Onunla söhbət etdikdən sonra saat 17 radələrində ayrılıb Sahil bağına getdim. Orada əvvəllər tanıdığım Orxanla görüşdüm. Həmin vaxt Mahir, Mahirin qardaşı Zaur, Anar, Fuad, Vədat, Anarın qardaşı Əli, Sədaqət və Aysel Orxanın yanında idilər. Saat 20 radələrində Anarla birlikdə marketdən tekila, energetik içkisi və digər əşyalar alıb Anarın Tarqovıda kirayə tutduğu 1 otaqlı mənzilə getdim. Həmin mənzildə Anarla tekila və energetik içkini içdik. Evdə olan zaman saat 23 radələrində Orxan gəldi. Orxan özü ilə nəşə gətirmişdi. Anarla birlikdə nəşəni çəkdik. Həmin vaxt kravatda uzanıb televizora baxırdım. Daha sonra Orxan gəldi və qucaqlaşdıq”.
Yeniyetmə qız bildirib ki, Orxanla cinsi əlaqədə olduqdan 1 gün sonra dostu Elvinlə görüşüb və Elvin valideynlərinin onu axtardığını deyib: “Elvin məni Arzunun yaşadığı evə apardı. Arzunun yaşadığı binanın yanında bizi qarşıladı və anama zəng edib çağırdır. Bundan sonra hər şeyi anama danışdım. Orxan bundan sonra mənim haqqımda xoşagəlməz sözlər danışmağa başlayıb və barışmağa cəhd etməyib. Ona görə də ondan şikayətçiyəm”.
Malik
Globalinfo.az