6294c41421e2e6294c41421e2f1653916692175a1379e7f2a176ade8838def6b4175

Salyanda evdə 61 yaşlı qadının meyiti aşkarlanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan şəhər A.Ağazadə küçəsi dalan 4-də qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Səmədova İradə Sabir qızının meyiti tapılıb.

İlkin məlumata görə, evdə tək yaşayan qadına doğmaları telefonla əlaqə yaratmaq istəsələr də, zənglər cavabsız qalıb. 3-4 gündən sonra məlum olub ki, qadın yaşadığı evdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: