Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Dəmir Yolları”nın Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
Bu tarixi hadisə haqda Globalinfo.az-a danışan deputat Jalə Əliyeva layihənin Azərbaycanın iqtisadi inkişafının növbəti nümunəsi olduğunu bildirib:
“Hazırda qatarla Kürdəmir istiqamətində hərəkətdəyik. Bir qədər sonra burada yeni dəmir yolu stansiyasının açılışı baş tutacaq. Bu, son dövrlərdə istifadəyə verilən ilk stansiya deyil. Daha əvvəl bu marşrut üzrə Ucarda, Gəncədə və Mingəçevirdə də yeni stansiyalar açılıb. Bütün bu layihələr bir məqsədə xidmət edir – Azərbaycan vətəndaşlarının daha rahat və sürətli hərəkətini təmin etmək, daha rahat yaşaması üçün imkanlar yaradır. Yeni dəmir yolu infrastrukturu insanların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, regionlararası əlaqələri gücləndirir və iqtisadi inkişafı sürətləndirir. Hazırda hərəkətdə olan bu qatarda da həmin inkişafın bir hissəsini hiss etmək mümkündür. Bu cür layihələr ölkənin gücünü və iqtisadi imkanlarını göstərir. Azərbaycan iqtisadiyyatı bütün sahələrdə inkişaf edir”.
Ətraflı videoda:
Zaira Akifqızı
Globalinfo.az
