Ev təsərrüfatlarının uçotu qaydası ilə bağlı qərar

Nazirlər Kabineti tərəfindən “Ev təsərrüfatlarının uçotu Qaydası” təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, uçot rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri tərəfindən Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təsərrüfatbaşına uçot sənədlərinə və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun aparılacaq.

Uçot nümayəndəliklər tərəfindən yanvarın 1-dən 30-dək bütün təsərrüfatlarda təsərrüfat başçısını sorğu etmək yolu ilə hər il yanvarın 1-i vəziyyətinə aparılacaq. Uçot yaşayış məntəqələrində daimi yaşayan şəxslər üzrə aparılacaq. Ərazidə müvəqqəti məskunlaşmış təsərrüfatlar barədə məlumatlar xüsusi formada qeydə alınacaq.