“Euronews” XII Qlobal Bakı Forumundan reportaj hazırlayıb – VİDEO

f7725df79f41f53e03542b3e87676ed4 8582889

“Euronews” telekanalının “Focus” verilişində Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunan reportaj yayımlanıb.

Globalinfo.az xəbər verir ki, kanalın rəsmi portalında dərc edilən reportajda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı ilə keçirilən bu nüfuzlu tədbirin qlobal çağırışların dəyərləndirilməsi üçün geniş imkanlar açdığı, məhz bu məqsədlə iştirakçı ölkələrin siyasi xadimlərini və səlahiyyətli şəxslərini görüşdürdüyü vurğulanıb.

Videomaterialda forumun müzakirə mövzuları da dəyərləndirilib. Qeyd olunub ki, iştirakçılar Cənubi Qafqaz regionunda təhlükəsizlik, Avropa İttifaqının genişləndirilməsi, iştirakçı ölkələr arasında yeni əməkdaşlıq imkanları və digər məsələlər ilə bağlı geniş fakir mübadiləsi aparıblar.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsindən görüntülər də təqdim olunub. Burada isə Prezident İlham Əliyev Cənubi Qafqaz təhlükəsizlik mexanizminin yaradılmasının önəmini ifadə edir.