ETSN: “Azad edilmiş ərazilərdə elə yerlər var ki, 10 dəfə yandırılıb”

“Azad edilmiş ərazilərdə elə yerlər var ki, bəlkə bir yer 10 dəfə yandırılıb”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, dəfələrlə bununla bağlı beynəlxalq təşkilatlara müraciət ediblər:

“Lakin ikili standartlar tətbiq olunduğundan müraciətlərimizə cavab verilməyib. 60 min hektara yaxın meşə və qeyri-meşə fondu torpaqları məhv edilib. Orada demək olar bütün canlılar məhv olub. Bəzi yerlər var ki, çəpərlənməsi nəzərdə tutulur. Böyük qayıdışın tərkib hissəsi də həmin ərazilərin bərpasıdır. “Yanğından yaşıllığa” devizi altında tədbirlər keçirib, toxumlar səpirik”.