Rus əsgərləri bir-birilərini vurdular – 20 ölü, 40 yaralı

Mariupolda baş verən insidentdən sonra Zaporojye vilayətinin Mixaylovka qəsəbəsində etnik zəmində münaqişə baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O qeyd edib ki, etnik qarşıdurmalar təkcə Rusiyada deyil, həmçinin Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarında da qeydə alınır.

Mixaylovkada baş verən hadisə isə Rusiya telekanallarından birinin çəkiliş apardığı əsnada qeydə alınıb. Belə ki, çəkiliş “kadırovçu”lardan birinə həsr olunub və dağıstanlılar bundan narazılıqlarını ifadə edib. Nəticədə insident yaşanıb.

Anna Malyarın sözlərinə görə, hadisə zamanı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.