Etirazçılar Süleymaninin büstünü yandırdı – Video

İranda rejim əleyhinə etiraz edən gənclər general-mayor Qasım Süleymaninin büstünü yandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Təbriz Turan TV Teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, Qasım Süleymani 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub.

2020-ci il yanvarın 3-də ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində öldürülüb.