Etirazçılar İranda polkovniki öldürdü

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Mohsen Dalvənd öldürülüb.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, o, etirazçılar tərəfindən qətlə yetirilib.

Məlumata görə, hadisə Mohsen Dalvənd Sərdəşt şəhərində olub. O bir neçə güllə yarası alıb və yerindəcə ölüb.

Həmçinin bildirilir ki, iranlı polkovnikin 4 cangüdəni də yaralanıb.