1681899428 msg586791117 24710

“Ermənistan hakimiyyəti Tiqranaşen (Kərki – red.) də daxil olmaqla bir neçə anklavı Azərbaycana təhvil verəcək”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib.

Baş nazir Nikol Paşinyana qarşı qatı mövqeyi ilə seçilən Xaçikyan Azərbaycanın qanuni ərazilərini geri istəməsini “torpaq iddiası” kimi təqdim etməyə çalışıb:

“Onlar (Paşinyan hakimiyyəti -red.) etiraf etdilər ki, Tiqranaşen də daxil olmaqla daha 4 anklavı təhvil verirlər. Yekunda azərbaycanlılar Sünikə qayıdacaq.

Növbəti dayanacaq isə 300 min azərbaycanlının qayıtması və ermənilərin ərazilərdən kütləvi köçüdür”.

Tahir Turan
Globalinfo.az

Paylaş: