Etibar Mirzəyev yenidən partlayış olan ərazidə – FOTOLAR

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Globalinfo.az “Unikal”a istinadən bildirir ki, bu gün hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və baş prokurorun birinci müavini Elçin Məmmədov gəliblər.