Əskipara əməliyyatı: əsir götürülmüş ermənilər – TARİXİ FOTO

***23.02.2024  11:10

“Ermənistan Baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl Voskepar (Əskipara – red.) kəndində sakinlərlə görüşməsi və buradakı 4 kəndin geri qaytarılması ilə bağlı məsələni müzakirə etməsi təsadüfi deyil”.

Globalinfo.az xəbər verir ki, bunu tarixçi-araşdırmaçı Tural Həmid qeyd edib.

O bildirib ki, Voskepar erməni millətçilərinin ən güclü dayağı olan kənddir:

“O vaxt ətraf kəndlərə (Yuxarı Əskipara və Aşağı Əskipara) hücuma görə Sovet ordusu burada hərbi əməliyyat keçirmişdi”, – T.Həmid xatırladıb.

Qeyd edək ki, bir qədər əvvəl Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilib. Bu, sözügedən ərazidə 30 ildən çoxdur davam edən təxribatçı fəaliyyətin hələ də qaldığını göstərir.

Globalinfo.az 1991-ci ilin mayında həmin ərazilərdə keçirilmiş əməliyyatdan fotonu təqdim edir: