Əsirlikdən azad olunan Aqşinin anası danışdı – ÖZƏL

“Allahıma şükürlər olsun! Balalarımız evimizə qayıdır”.

Bu sözləri Globalinfo.az-a Ermənistanda şərlənərək həbs olunan Aqşin Bəbirovun anası deyib.

“Hər şeydən öncə cənab prezidentimizə təşəkkür edirik! Səsimizə səs verdi. Ölkə başçımız biz ölmüş anaları diriltdi (ağlayır). Balam əsgər gedəndən onu görmürəm, artıq 2 ildir. 8 aydır balamın həsrətini çəkirdim”.

Zaira Akifqızı
Globalinfo.az