Əsədi təbliğ edən jurnalistlər həbs olunacaq

esed foto 1314

Suriyada Əsəd rejiminin cinayətlərində iştirakçı olan hərbi KİV-lərin əməkdaşları həbs ediləcək.

Globalinfo.az xəbər verir ki, məlumatı ölkənin İnformasiya Nazirliyi yayıb.

“Ölkədə Əsəd rejiminin hərbi və təbliğat maşını olan bütün hərbi KİV-lərin əməkdaşları, onun cinayətləri və kütləvi qətllərinin birbaşa və dolayı təbliğatını həyata keçirənlər məhkəmə qarşısına çıxarılacaq” – deyə bəyanatda yer alıb.

Qeyd edək ki, Əsəd ailəsinin Suriyada 53 illik hakimiyyəti dekabrın 8-də bitib. Devrilməsindən sonra o, Rusiyaya qaçıb.

Əliyar Xəlil
Globalinfo.az