esed arvad 8765

“Rusiya Suriyada baş verən dramatik hadisələri narahatlıqla izləyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

XİN-in məlumatına görə, Bəşər Əsəd Suriyadakı münaqişənin iştirakçıları ilə danışıqlar nəticəsində prezident postundan getmək qərarına gəlib:

“O, hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək, ölkədən gedib”.

Rusiya sözügedən danışıqlarda heç bir formada iştirak etmədiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: