Əsəb müharibəsi pik həddə: Rusiya-Fransa hərbi toqquşması an məsələsi 

Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artem Studennikov deyib ki, “Fransa öz qoşunlarını Ukrayna ərazisinə göndərmək qərarına gələrsə, cavab tədbirləri siyasi müstəvidən çıxacaq”.

Onun sözlərinə görə, hazırda Prezident Emmanuel Makronun Fransa qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını istisna etməyən döyüşkən ritorikası NATO müttəfiqləri və Avropa İttifaqı arasında geniş dəstək görmür:

Rusiya Fransaya necə cavab verəcək? Paris-Moskva münasibətləri hərbi gərginliyə çevrilə bilər?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Fransa Ukraynaya qoşun göndərmək barədə qərar versə, Rusiya buna cavab verəcək:

“Bu barədə Moskvadan yüksək səviyyədə xəbərdarlıq edilib. Fransaya nə NATO, nə Avropa Birliyi daxilində bu məsələ ilə bağlı dəstək yoxdur. Almaniya kansleri Olaf Şolz, Macarıstan Baş naziri Viktor Orban dəfələrlə Emanuel Makronun bu davranışlarını tənqid ediblər.

Makron Rusiya ilə Qərbi münaqişəyə çəkmək üçün əlindən nə gəlir edir. Ola bilər ki, Fransa Ukraynaya qoşun göndərsin, ancaq ilk həmlədə geri çəkiləcək. Ümumilikdə bu məsələ Makron hökumətinin fiaskosu ilə nəticələnəcək.

Fransanın Ukraynaya qoşun göndərməsi Rusiyanın əlini gücləndirə və Fransada ciddi siyasi böhrana səbəb ola bilər”.

Turan Rzayev 

Globalinfo.az