Əsas məsələ Xarkovu qorumaqdır – Zelenski

“Əsas məsələ Xarkovu Rusiyanın hücumlarından qorumaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vlolodimir Zelenski deyib.

“Əsas məsələ Xarkovdur. Şəhəri Rusiyanın hücumlarından qorumaq və Xarkov vilayətində hava hücumundan müdafiə imkanlarını gücləndirmək vacibdir. Biz öz mövqelərimizi qoruyuruq. İndi əsas məsələ səmərəli logistikadır. Kəşfiyyat və xüsusi xidmət orqanları Rusiyanın müharibə potensialını azaltmaq üçün yeni addımlar üzərində işləyir”, – deyə Zelenski vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski əsas döyüş istiqamətlərindəki vəziyyətlə bağlı məlumatı Zelenskiyə təqdim edib.

Əliyar Xəlil
Globalinfo.az