1768935152 9e0c926697f6302a75ef60e3e22cd944
“Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik”.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısının bildirdiyinə görə, buna baxmayaraq, o hesab edir ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə olunub.

Vaşinqton zirvə görüşündəki razılaşmalar, imzalanmış birgə bəyanatsülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Nə qədər tez konstitusiya dəyişikliyi edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası ordan çıxarılarsa, o qədər də tez sülh müqaviləsi imzalanacaq”, – İlham Əliyev qeyd edib.

Paylaş: