Ərsin Tatara Londonda hücum edildi

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar hücuma məruz qalıb.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Prezidentin Böyük Britaniyanın paytaxtı Londona səfəri zamanı baş verib.

Bildirilib ki, Cənubi Kipr və Yunanıstandan olan tələbələr konfransa gedən Ersin Tatarın avtomobilinin qarşısını kəsməyə cəhd edib.

Konfransdan əvvəl bir qrup yunanıstanlı gənc isə kollecin girişində etiraz aksiyası keçiriblər.

Polis yunan gənclərin təxribatının qarşısını alıb.