irevan moskva scaled 1

“Rusiya və Ermənistanın Cənubi Qafqazda, o cümlədən bütün dünyada sabitliyin və təhlükəsizliyin artırılması məsələlərində əməkdaşlıq etmək öhdəliyi var”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin 1997-ci ildə iki ölkə arasında “Böyük müqavilə”nin imzalanmasının ildönümü münasibətilə yaydığı bəyanatda bildirilir.

Bəyanatda Moskva və İrəvanın siyasi, iqtisadi, hərbi, elmi, mədəni və digər sahələrdə əməkdaşlığı gücləndirdiyi qeyd olunur.

Avqustun 29-da Ermənistan və Rusiya arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin imzalanmasının 27 ili tamam olur.

Paylaş: