Ermənistanın yeni baş naziri bu şəxs ola bilər – Ad açıqlandı

“Ermənistanın baş naziri vəzifəsinə namizədimiz Qrant Baqratyan ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu “Birgə” hərəkatının koordinatoru Aram Sərkisyan deyib.

O bildirib ki, hərəkat daxilində Qrant Baqratyanın Ermənistanın baş naziri postuna namizəd ola biləcəyini düşünürlər.

Onun sözlərinə görə, Edqar Qazaryan baş nazirin namizədliyini və hökumətin tərkibində kimlərin olacağını bu gün təqdim etməyi təklif kimi irəli sürüb. Lakin müzakirələr nəticəsində məlum olub ki, indi bu addımı atmağın vaxtı deyil və məsələni xalqla müzakirə etmək lazımdır.

Əliyar Xəlil
Globalinfo.az