Ermənistanın müdafiə naziri elə görüntü paylaşdı ki… – FOTO

Ermənistan müdafiə naziri Suren Papikyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusun paytaxtı Minskdə keçirilən iclasına qatılmaması ölkədə birmənalı qarşılanmayıb. Papikyanın NATO və Pentaqon nümayəndələri ilə görüşdən sonra belə bir addım atdığı iddia edilir.

Globalinfo.az xəbər verir ki, Ermənistan rəsmiləri müdafiə nazirinin vacib işi olduğunu, buna görə iclasa qatıla bilmədiyini deyirlər.

Bununla yanaşı, Nikol Paşinyanın Ağrı dağının Ermənistanın deyil, Türkiyənin ən yüksək zirvəsi olduğunu deməsindən sonra müdafiə nazirinin paylaşımı diqqət çəkib. Belə ki, Suren Papikyanın fonda Ağrı dağının olduğu yeni fotosunun yayımlanması ciddi müzakirələrə səbəb olub.

Baş verənlər ölkənin baş naziri və müdafiə naziri arasında gərginliyin olması iddialarını ortaya atıb.


Suren Papikyanın Ağrı dağı ilə fotosu

Ayşən Mustafa
Globalinfo.az