Ermənistanın 6 hərbi hissəsi məhv edildi – RƏSMİ

Ermənistanın İstintaq Komitəsi 2022-ci ilin sentyabrın 13-14-də baş verən döyüşlər zamanı ölkəyə dəymiş ziyanla bağlı məlumatları təqdim edib.

Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı Geqarkunik, Vayots Dzor və Sünik (Zəngəzur) vilayətlərində araşdırmalar və yoxlamalar aparılıb.

Bildirilir ki, 6 hərbi hissə və hərbi obyektə ziyan dəyib.

Qeyd edək ki, sentyabr hadisələri ilə bağlı Ermənistanda müttəhimlərin sayı 16-ya çatıb, onlardan 6-sı həbs edilib.