6627c7632358f6627c7632359017138829796627c7632358d6627c7632358e

Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir.

Globalinfo.az XİN-ə istinadən xəbər verir ki, bunu aprelin 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

Çıxışında, nazir Ceyhun Bayramov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın geniş bölgədə enerji təhlükəsizliyi, nəqliyyat və komunikasiya sahəsində gördüyü işlərdən bəhs edib.

Müasir çağırışlarla effektiv mübarizə sahəsində ölkəmizin regional əməkdaşlıq formatlarının təşviqində aktiv iştirak etdiyi, xüsusilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətlərində birgə layihələrin irəlilədilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasından, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunmasından sonra regionda sülh və etimad quruculuğu istiqamətində yeni imkanların yarandığını diqqətə çatdırıb.

Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin birbaşa ikitərəfli əsasda irəlilədilməsində, habelə bu prosesə kənar müdaxilələrin qarşısının alınmasında qərarlı olduğu bildirilib. Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılmasının sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyiş olduğu bildirilib.

Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar prosesi ilə bağlı görüş iştirakçılarını məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimizin öz növbəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsinə verdiyimiz əhəmiyyəti səciyyələndirdiyini qeyd edib.

Daha sonra, nazir Ceyhun Bayramov görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

6627c7b078ec66627c7b078ec717138830556627c7b078ec26627c7b078ec4 scaled 6627c7af59e8c6627c7af59e8d17138830556627c7af59e8a6627c7af59e8b scaled 6627c7b1881436627c7b18814417138830556627c7b18813f6627c7b188141 scaled

Paylaş: