Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol bağlandı

Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol – “Yuxarı Lars” yük maşınları üçün bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti bildirib.

Qeyd edilib ki, güclü qar yağması səbəbindən yol yük maşınları üçün bağlanıb, lakin digər növ avtomobillər üçün açıqdır.

Safura Bənnayeva
Globalinfo.az