pasinyan teyyare

Ermənistanın Baş naziri Nikol Paşinyan Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. 

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan təsdiqləyib.

Ötən gün xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan rəsmi İrəvanın həm BRİKS, həm də MBD-nin qeyri-rəsmi sammitində təmsil olunacağını açıqlayıb.

Qeyd edək ki, BRİKS-in illik sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: