Qarabağ ermənilərinin xaricə köçü davam edir

Sentyabrdakı əməliyyatlardan sonra Qarabağdan Ermənistana köçən 7 825 nəfər ölkəni tərk edib və bir daha geri qayıtmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Belə ki, 2023-cü ilin sentyabr ayından 2024-cü il martın 4-dək Qarabağ qeydiyyatında olan və Ermənistana köçən 13 619 vətəndaş ölkədən çıxıb.

Onlardan yalnız 5 794 nəfəri geri qayıdıb. Qalan 7 825 nəfər isə artıq 5 aya yaxındır Ermənistana dönməyib.

Ayşən Mustafa
Globalinfo.az