“Ölkə üzrə səsvermə hüququ olan vətəndaşların 33,84 %-i (847 226 nəfər) artıq seçki məntəqələrinə gedərək səs verib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) saat 14:00-a olan məlumatında qeyd edib.
“Paytaxt İrəvanda seçici fəallığı 33,38 % təşkil edib. Regionlar arasında isə ən yüksək fəallıq 39,02 %-lə Sünik (Zəngəzur) vilayətində qeydə alınıb. Ən aşağı göstərici isə 30,39 %-lə Armavir vilayətindədir”, – deyə bildirilib.