Ermənistan ordusunun gizli təlimi: Azərbaycandan “oğurlanan”… – FOTO

Ermənistanın Armavir şəhərindən 12 km şimal-qərbdə yerləşən Baqramyan hərbi poliqonunda kamikadze dronların təlim uçuşları həyata keçirilir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu informasiyanı “Land of Fire” Teleqram kanalı yayıb.

Məlumatda İran mediasının sözügedən yerdə Ermənistan Silahlı Qüvvələrinin istehsal etdiyi “AURS DEV-3” adlı yeni kamikadze PUA-larından birinin sınaqlarının foto və videolarını tirajlamasından bəhs edilib. 44 günlük müharibə zamanı ermənilərin guya Azərbaycanın bir neçə “Harop” kamikadze PUA-sını ələ keçirməsi haqqında əsassız iddialar səsləndirilib və bunların üzərində araşdırma apardığı bildirilib.

“AURS DEV-3” kamikadze PUA-sının hazırlanmasında da “Harop” PUA-sının texnologiyasından istifadə edildiyi qeyd olunub. Ermənistan mediası da adı çəkilən kamikadze PUA-sının xüsusiyyətlərindən bəhs edən informasiyalar yayıb. Bildirilib ki, onun radio idarəetmə diapazonu 400 km, maksimum sürəti 120 km/saat, uçuş müddəti isə 3,5 saatdır.

Nə qədər gizlədilməyə çalışılsa da, bəzi relyef əlamətlərinə görə, PUA-ların buraxılış qurğusunun da yerini müəyyənləşdirmək mümkün olub. Eyni zamanda xəritə və koordinatlar da paylaşılıb. Koordinatlar belədir:

40°13’32.16″N 43°55’20.57″E

İstiqamət: cənub-şərq