Ermənistanda ikinci “artsax” yaradılır? – “İrəvan üçün təhdiddir”

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Qərb platformalarında həyata keçirilən danışıqlar hələ yekunlaşmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Manukyan deyib.

O bidirib ki, bu istiqamətdə hələ də işlər davam edir:

“Biz Qərbin məqsədyönlü şəkildə açıqlamalar verməsi üçün lobbiçilik fəaliyyəti yürütdüyümüz zaman Qərbdən olan müttəfiqlərimiz Bakının prosesdə iştirakını təmin etmək üçün Azərbaycanla münasibətlərinə zərbə vurmayacaq şəkildə dil tapmağa çalışırdılar. Onlar ehtiyatla davranırdılar. Qərb platformasında bu istiqamətdə görülən işlər davam etdirilməlidir.

Ermənistanda “artsax”ın “dövlət qurumlarının” yaradılması məsələsinə gəlincə, bu, Ermənistanın təhlükəsizliyinə təhdiddir”.

Ayşən Mustafa
Globalinfo.az