Ermənistanda hökumət binası qarşısında aksiya keçirilir

Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilir.

Globalinfo.az xəbər verir ki, bir qrup vətəndaş son baş verən proseslərlə bağlı Paşinyan administrasiyasına öz etirazını bildirir.

“Sizin torpaqları təslim etmək, ölkəni təhlükəyə atmaq, bizə xəyanət etmək mandatınız yoxdur”, -deyə aksiya iştirakçıları bildiriblər.

“Kamk” (İradə) hərəkatının nümayəndələri  “Dur, Nikol!”, “Dur, Mher” və sair şüarlar səsləndirirlər.

Qeyd edək ki, paralel olaraq Ermənistan parlamentinin qarşısında da hökumətə etiraz aksiyaları keçirilir.

Əliyar Xəlil
Globalinfo.az