Ermənistanda güclü zəlzələ dağıntılara səbəb oldu

Ermənistanda baş vermiş zəlzələ dağıntılara səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Bildirilir ki, Qeqarkuniks rayonunun Eranos kəndində qeydə alınan zəlzələ nəticəsində köhnə tikililərlə yanaşı, yeni inşa olunmuş bəzi binaların divarları da uçub, bəzilərində isə çatlar əmələ gəlib.

***09:15

Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə Xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudalı zəlzələ qeydə alıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Episentrdə yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib.

Yeraltı təkanlar Göyçə vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, İrəvan şəhərində isə 2-3 maqnitudada hiss olunub.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.