Qərbdən İrəvana pis xəbər: Bu, doğru deyil!

“Aprelin 5-də Brüsseldə Aİ-ABŞ-Ermənistan arasında keçiriləcək görüş təhlükəsizlik məsələsinə həsr olunmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stano deyib.

“Sessiyanın təhlükəsizlik təminatına həsr olunacağı doğru deyil. Ai, ABŞ və Ermənistan arasında münasibətlərdən başqa heç bir məsələ müzakirə edilməyəcək. Əsas diqqət Ermənistan iqtisadiyyatının sabitliyinə və bu ölkə ilə ikitərəfli əməkdaşlığa yönələcək. Aİ, ABŞ Ermənistan və region üçün sabit, dinc, təhlükəsiz və firavan gələcəyi dəstəkləmək öhdəliyini bölüşür”, – P.Stano bildirib.

Qeyd edək ki, sözügedən görüş Ermənistan siyasi arenasında ölkənin Azərbaycana qarşı müdafiəsi və təhlükəsizliyinə töfhə veriləcəyi platforma kimi təqdim edilirdi.

Ayşən Mustafa 
Globalinfo.az