Ermənistan əhalisi kəskin arta bilər – TƏKLİF

Böyük Britaniya krallıqdan qovduğu qeyri-qanuni mühacirləri qəbul edə biləcək 4 ölkə ilə danışıqlara başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.

Nəşr yazır ki, siyahıda Ermənistan, Botsvana, Kot-divar və Kosta-Rikanın adı var. Krallığın mühacirləri yollamaq üçün məhz bu 4 ölkə ilə razılaşma əldə etmək istədiyi qeyd olunur.

Qəzet xatırladıb ki, London İrəvanla bu məsələ üzrə danışıqlara Krallığın xarici işlər nazirinin müavini Leo Dokertinin Ermənistana səfəri zamanı başlayıb. Ruanda ilə razılaşma olmasına baxmayaraq, orada baş verən hadisələr səbəbindən mühacirlərin köçü dalana dirənib. Həmin şəxslərin Ermənistana göndərilməsi planlaşdırılır.

Ermənistanın bu sövdələşmədən azı 290 milyon funt-sterlinq alacağı gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az