Ermənistana daşınan yaralıların sayı açıqlandı

Bu gün Qarabağdan Ermənistana 349 yaralı daşınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Bildirilib ki, antiterror tədbirləri zamanı yaralananlar və Xankəndidə yanacaq çənində baş verən partlayış nəticəsində xəsarət alanlar daşınıb.