qrt7u

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya mənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

***13:34

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan qazı göndəriləcək.

Globalinfo.az xəbər verir ki, 30 vaqon Rusiya mənşəli propan qazı bu gün Biləcəri stansiyasından yola salınacaq.

Paylaş: