Ermənistan bizə tam arxalana bilər – Gerepetritis

“Yunanıstan sülh prosesində Ermənistanı dəstəkləməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu hazırda Ermənistanda səfərdə olan Yunanıstan xarici işlər naziri Giorgos Gerepetritis deyib.

Yunan nazir erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında Afinanın İrəvana daimi dəstəyini vurğulayıb:

“Yunanıstan Qafqazda baş verən prosesləri izləyir. Biz erməni xalqı ilə həmrəy olduğumuzu bildirmiş, ehtiyacı olanlara humanitar yardım göndərmişik. Afina sülh gündəliyinin təməl daşı və suverenlik prinsipləri əsasında irəliləməli olduğuna inanır. Güman edirik ki, danışıqlar və müzakirələr Cənubi Qafqazda təhlükəsizlik və sabitliyi möhkəmləndirəcək. Hər iki tərəf üçün rəhbər prinsiplər uzunmüddətli, sabit sülh və qonşu ölkələr arasında dostluq münasibətlərinin inkişafı olmalıdır. Siz hər baxımdan yunan hökuməti və xalqına arxalana bilərsiniz”.

Əliyar Xəlil
Globalinfo.az