Ermənistan XİN “Qarabağ problemi” bölməsini sildi – FOTO

Ermənistanın Xarici İşlər Nazirliyi öz rəsmi saytında müəyyən dəyişikliklər edib.

Globalinfo.az xəbər verir ki, indiyədək saytda yer alan “Dağlıq Qarabağ problemi” bölməsindəki bütün məlumatlar silinib.

O, erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün versiyalarından silinib.

“Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), o zaman Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir: “Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, – politoloq Sergey Melkonyan qeyd edib.