“Dünən aprelin 9-da Ermənistan parlamentində sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələr üçün təcili iclas keçirilib”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Təxminən 2 saat davam edən qapalı iclasda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ünvanlanan sualları cavablandırıb. Mirzoyan açıq mətnlə Azərbaycanın şərtlərini rədd etməməli olduqlarını bildirib:
“Rədd edə bilmərik. Azərbaycanla müharibəyə başlamağa resursumuz yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az