“Ermənistan bu ilin dekabrına qədər Avropa İttifaqına (Aİ) üzvlük, ya da Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünü davam etdirməsi barədə referendumun keçirilməsi ilə bağlı qərar verməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Əgər həmin vaxta qədər referendum keçirilməsi ilə bağlı çağırışa əməl olunmasa, liderlər gələcək birgə addımları müəyyənləşdirərkən bu faktı nəzərə alacaqlar”, – deyə o bildirib.
Qaluzin xatırladıb ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin mayın 29-da qəbul etdiyi birgə bəyanatda da Ermənistanda referendumun keçirilməsinin zəruriliyi qeyd olunub.
Sənəddə isə konkret tarix göstərilməyib:
“Bu məsələ artıq dekabr ayında Ali Avrasiya İqtisadi Şurasının iclasında yenidən müzakirə olunacaq”.
Safura Bənnayeva
Globalinfo.az