Türkiyəni “vurdunuz”, bəs Ermənistan? – Amerikalı analitik

Amerikalı siyasi analitik Brenda Şefer Fransa ilə Ermənistan arasında hərbi sahə üzrə imzalanmış müqaviləyə diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, ekspert Parisin İrəvana hava hücumunda müdafiə sistemi verməsini Qərbin Türkiyəyə qarşı münasibəti ilə müqayisə edib.

“NATO üzvləri Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına etiraz edirdilər. Hətta buna görə Türkiyə ABŞ-ın sanksiyalarına məruz qaldı. Bəs NATO və Vaştinqton alyansın üzvü olan Fransanın Rusiyanın KTMT alyasının üzvü Ermənistana hava hücumundan müdafiə sistemi satmasından razıdırmı?”, – ekspert bildirib.

Ayşən Mustafa
Globalinfo.az