Ermənistan-Türkiyə sərhədindəki Ani körpüsü bərpa edilir?

Ermənistan-Türkiyə sərhədindəki Ani körpüsünün bərpası layihəsi faktiki olaraq dondurulub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətin dən məlumat verilib.

Məlumata görə, körpünün yalnız ilkin eskiz variantı mövcuddur.

“Türkiyə tərəfi ilə danışıqlar aparılmır. Yalnız layihə və hesablama sənədləri hazırlandıqdan sonra körpünün bərpasının dəyəri və müddətindən danışmaq mümkün olacaq.”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevral ayında Ankaradakı çıxışında Ankara və İrəvanın Ani körpüsünün olunması ilə bağlı məlumat vermişdi.