Ermənistan XİN açıqlama verdi: Türkiyə ilə sərhəddə… – YENİLƏNİB

serhed 0

Ermənistan XİN yaxın zamanda Ermənistan və Türkiyə sərhədində keçid məntəqəsinin açılması xəbərinə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı qurumun mətbuat katibi Ani Badalyan məlumat yayıb.

“Ermənistan və Türkiyə sərhədində sərhəd keçid məntəqəsinin açılması məsələsi ilə bağlı irəliləyiş yoxdur. Olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”, – deyə açıqlamada qeyd olunur.

**

19:57

Yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi açılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb.

Mənbənin sözlərinə görə, keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılır. Eyni zamanda, buraxılış məntəqəsinin təhlükəsizliyinin Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, hazırda sərhədin bütün perimetri boyunca nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan üzrə sərhəd bölməsi həyata keçirir.

Aysel Əliyeva
Globalinfo.az