Hazırda Ermənistanın mövcudluğu müzakirə edilir – Saqatelyan

“Heç bir mübaliğə olmadan deyə bilərik ki, bu günlərdə Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi müzakirə olunur”.

Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan deyib.

“Təəssüf ki, qarşımıza qoyduğumuz vəzifələr hələ də tamamlanmayıb, ən çətin sınaqlarla üz-üzəyik. İndiki vəziyyətdən çıxmaq, dövləti milli zəminə qaytarmaq üçün bizi məğlubiyyətə düçar edən hakimiyyətdən qurtulmaq lazım idi. Çünki bu hakimiyyətlə mövcud vəziyyətdən çıxmaq mümkün deyil. Təəssüf ki, gündəmimiz geniş ictimai dəstək almadı”.

Saqatelyanın sözlərinə görə, hakimiyyətin həyata keçirdiyi xarici siyasət nəticəsində Ermənistan geosiyasi güc mərkəzləri arasında toqquşma zonasına çevrilib.

“Biz xalqı bir araya gətirməli, mübarizəyə çıxmalı və hakimiyyətə etimadsızlıq referendumu keçirməliyik. Dərhal sonra isə hakimiyyətin dəyişməsinə nail olmalıyıq. Nikol Paşinyanın şifahi bəyanatlarının heç bir hüquqi və legitim əsası yoxdur. Paşinyan ona görə də, Konstitusiyanı dəyişməyə çalışır. Proporsional müxalifət olarsa, hər şeyin qarşısını almaq mümkünləşər”, – Saqatelyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az